İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrasiya Araşdırmalar Mərkəzi«Ermənistan Azərbaycan Sülh Platforması»-na qoşuldu

801 28.02.2017 14:14 Region A A

Avrasiya Araşdırmalar Mərkəzinin direktoru Alev Kılıç «Ermənistan Azərbaycan Sülh Platforması»-na qoşulması haqqında bəyanat verib.

Bəyanatda deyilir:
25 il davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edirəm. Həmçinin Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bildirirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, Dağlıq Qarabağın Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edirəm. Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonunun işğaldan azad edilməsinin uzunmüddətli sülh və münaqişənin mərhələli həlli üçün vacib başlanğıc olduğunu vurğulayıram. Münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək mən, Alev Kılıç, başçılıq etdiyim təşkilatın adından, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı bəyan edirəm.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR