İnsanlara hürriyət, millətlərə istiqlal!

Avetik İşxanyan: “Bu gün Ermənistana kokaini ancaq hakimiyyətə yaxın iş adamı gətirə bilər”  

458 17.05.2023 18:26 Region A A

Xəbər verdiyimiz kimi dünən İtaliyada Ekvadordan Ermənistana gedən 800 milyon avro dəyərində 2734 kq kokain aşkar edilib.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə qonşu ölkədə böyük hay-küy doğurub.
Erməni hüquq müdafiəçisi Avetik İşxanyan isə bu məsələdə birbaşa hakimiyyəti suçlayıb.

Bu nə deməkdir? Bu gün Ermənistanda hakimiyyətə yaxın olan iş adamlarından başqa heç kim belə cəsarətli sövdələşmə edə bilməzdi. Üstəlik, iqtidara yaxın olan bu iş adamı yuxarıdan razılıq almadan, qondarma baş nazirin göstərişi olmadan belə bir addıma cürət edə bilməzdi. Qaçaq siqaret və brilyantlarla bağlı hadisəni yada salaq.

Bu məxluq üçün pul naminə heç bir maneə mövcud deyil, istər həmvətənlərinin həyatı, vətənini satmaq olsun, fərqi yoxdur.

Sadəcə deməyin ki, hüquq-mühafizə orqanları bu məsələyə baxmalıdır. O hüquq-mühafizə orqanları ki, eyni haram puldan bu qədər yaxşı maaş alırlar, ağalarına qul kimi xidmət edirlər.
İstənilən başqa ölkədə insanlar üsyan edərdi, amma Ermənistanda yox”,-deyə İşxanyan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR