İnsanlara hürriyət, millətlərə istiqlal!

AVCİYA Milli Məclisə seçkilərlə bağlı aralıq hesabatını təqdim edib

655 04.02.2020 15:21 Son xəbər A A

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCIYA) Seçki Qərargahı Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabat (6 dekabr 2019 - 4 fevral 2020-ci il) təqdim edib. Secki-2020.az saytının xəbərinə görə, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, hesabat icmal ümumi məlumat, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin nəticələri, AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında məlumat adlı bölümlərdən ibarətdir.

Onun sözlərinə görə, hesabatın icmal hissəsində Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci ilin 18 oktyabrından bu günə kimi Milli Məclisə 1995, 2000, 2005, 2010, 2015-ci illərdə keçirilən seçkilər haqqında qısa məlumat verilib: “Bu hissədə həmçinin qərb ölkələri qurumlarının seçkilərlə bağlı tövsiyyələri barədə də məlumatlar öz əksini tapıb. Məlumatda qeyd olunur ki, “Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı olan 40, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb. Bunların təhlili aparılaraq məlum olub ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyasının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxalq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 145-ci maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər edib. Ümumiyyətlə, 2003-2015-ci illərdə Seçki Məcəlləsinin 200-ədək müxtəlif maddəsinə əlavə, dəyişiklik və ya düzəliş edilib, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılıb”.

M.Zülfüqarlı vurğulayıb ki, AVCİYA seçkiöncəsi maarifçilik məqsədilə Şamaxı, Şirvan, Gəncə, Mingəçevir, Quba, Sumqayıt və Bakı şəhərlərində regional seminarlar təşkil edib: “Bakı, Gəncə, Sumqayıt Mingəçevir, Şirvan Şəhərlərində regional ofislərin işini bərpa edib. Müşahidəçilər üçün Yaddaş Kitabçası və Beynəlxalq təşkilatların “Rəy və Tövsiyələri. Müqayisəli Təhlil” adlı iki kitab nəşr edib. Bundan əlavə assosiasiya seçkilərlə bağlı KİV-in iki dövrü (I dövr (6 dekabr 2019-cu il – 16 yanvar 2020-ci il) və II dövr (17-31 yanvar 2020-ci il)) əhatə edən monitorinqini təşkil edib. AVCİYA hesab edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki mövcud ictimai-siyasi vəziyyət, sabitlik, ədalətli və şəfaf seçkilərin keçirilməsinə imkan verir. AVCİYA Seçki Qərargahı fəaliyyət proqramına uyğun fəaliyyətini davam etdirir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR