İnsanlara hürriyət, millətlərə istiqlal!

"ATV"nin aparıcıları: "Pula görə qonaq dəvət etsəydik "Bentli"də gəzərdik"

4665 05.12.2015 18:50 Şou-biznes A A
"ATV"də yayımlanan "V element" verilişinin aparıcıları təqdim etdikləri proqramdan danışıblar.

Musavat.com-a açıqlama verən proqramın aparıcıları çəkilişlərin maraqlı keçdiyini bildiriblər:

Hüsniyyə Məhərrəmova: "Çəkilişlər maraqlı olur, bəzən isə qarışıqlıq yaşayırıq. Çəkilişə günorta 2-də başlamaq üçün  yığışsaq da, axşam saat 10-da başlayırıq. Qonaqlarla bağlı mübahisələrimiz  olur. Ranarla fikirlərimiz bir-birinin əksidir. Kamilə və Rüfətlə dil tapa bilirəm, Ranarla isə, yola gedə bilmirəm.

Ranar Musayev: “Mənim çox  istədiyim qonaqları verilişdə Hüsniyyə bəyənmir, çəkiliş zamanı onların başlarına oyun açır. Mən də veriliş əsnasında onun bəyəndiyi qonaqlardan “acığımı çıxıram””. 

"Qonaqları hansı xüsusiyyətinə görə seçirsiniz?" sualına isə aparıcılar yarızarafat cavab veriblər:

Ranar Musayev: Kim çox pul versə, onu seçib qonaq çağırırıq.

Hüsniyyə Məhərrəmova: “Elə demə, oxucular inanar. Pula görə qonaq dəvət etsəydik, "Bentli"də Nigar Camal yox, biz  gəzərdik”.

Rüfət Ağayev: "Qonağın kimliyi önəmlidir. Qonaqlarımız ya sənətdə uğur qazananlar, ya da reytinqli sənətçilər olur. Məqsəd verilişi baxımlı edib, tamaşaçıya sevdirməkdir. düşünürəm ki, bu bizdə alınır”.

"Kamilə xanım, sizə şəxsi həyatınızdan sual verilməsini sevmirsiniz. Qonaqların özəl həyatına niyə toxunursunuz?" - sualına cavab verən aparıcı şəxsi həyatın tamaşaçıya daha maraqlı olduğunu qeyd edib:

"Bəli, şəxsi həyatımla bağlı sualları sevmirəm.  Verilişin formatına uyğun olaraq isə, qonağa şəxsi suallar verirəm. Aparıcıyam, proqramda mənim vəzifəm qonağa ailəsi ilə bağlı suallar verməkdir. Şəxsi həyat tamaşaçıya daha maraqlıdır".

Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR