Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müalicə olunan koronavirus xəstələrinin sayı məlum olub.
Musavat.com xəbər verir ki, bu barədə Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev danışıb.
“Aprelin 1-dən etibarən COVID-19 infeksiyası təsdiqlənən xəstələrin qəbuluna başlamışıq. İndiyədək 600-dən artıq koronaviruslu xəstə ATU Tədris Cərrahiyyə Klinikasında müalicə alıb. Bu gün ATU TCK-nın 400-ə yaxın əməkdaşı COVID-19 pandemiyası ilə mübarizəyə qoşulub”, - deyə, o bildirib.
Musavat.com






