Attestatla xarici ölkələrdə təhsil almaq istəyənlər öncədən ali təhsil müəssisəsi haqqında məlumatlı olmalıdır.
Musavat.com xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin idarə heyətinin sədri Eldar Orucov "Media və təhsil dialoqu" təlimində çıxış edərkən bildirib.
O qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib:
"Bu səbəbdən, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür. Bəzi xarici dövlətlərin akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsində tanış olmaq olar".
https://tkta.edu.az/p/nostrify-your-diploma#application-guidelines
Nigar Həsənli
Musavat.com






