İnsanlara hürriyət, millətlərə istiqlal!

Attaşe səfirlikdən 347 min manat mənimsəməkdə ittiham olunur

896 14.02.2023 14:36 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinə (XİN) qarşı mənimsəmədə təqsirləndirilən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Nəcib Osmanovun cinayəti işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Musavat.com-un xəbərinə görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Nəcib Osmanov Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləyib. O, 2021-2022-ci illərdə işlədiyi müddətdə dövlət büdcəsindən səfirliyə ayrılmış vəsaitin 347 min manatını mənimsəməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə dəymiş zərər ümumilikdə 347 min manatdır.

Zərərçəkmiş qismində Xarici İşlər Nazirliyi tanınıb. Məhkəmə baxışı fevralın 24-ə təyin edilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR