İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atletiko" - "Mançester Siti" oyununda dava düşüb

1296 14.04.2022 02:58 İdman A A


İspaniyada Madrid "Atletiko"su və İngiltərənin "Mançester Siti" klubu arasında keçirilən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda dava düşüb.

"Report"un məlumatına görə, "Vanda Metropolitano" stadionundakı matçın sonlarında meydan sahiblərinin müdafiəçisi Felipe yan xəttə yaxın hissədə qonaqların yarımmüdafiəçisi Fil Fodenə qarşı kobudluq edib. Yerə yıxılan ingiltərəli oyunçu özünü meydançanın içərisinə atmağa çalışarkən Madrid klubunun digər futbolçusu Stefan Saviç Fodeni kənara doğru itələyib. Bundan sonra iki komandanın oyunçuları arasında insident baş verib.

Daha sonra Saviç "Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qrilişin saçını dartıb. Hadisələrin gedişatını kənardan izləyən oyunun almaniyalı baş hakimi Daniel Zibert Felipeni meydandan qovub. Saviç və Foden isə sarı vərəqə ilə cəzalandırılıblar.

İnsidentə görə oyunda məcburi fasilə yaranıb. Bu səbəbdən görüşün əsas vaxtına 9 dəqiqə əlavə olunub.

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Mançesterdəki ilk matçda rəqibini 1:0 hesabı ilə məğlub edən "şəhərlilər" yarımfinala adlayaraq, İspaniyanın digər təmsilçisi "Real Madrid"ə rəqib olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR