İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT Sədrliyi: "Kaspşikin cəbhə xəttində monitorinqləri tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mühüm tədbirdir"

572 07.06.2017 01:03 Siyasət A A

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspşikin ofisinin monitorinqləri etimadın möhkəmləndirilməsi mühüm tədbirdir".

"Report" xəbər verir ki, bu barədə Avstriyanın ATƏT-ə Sədrliyinin bəyanatında bildirilir.

"Andjey Kaspşikin ofisinin monitorinqləri diqqətlə hazırlanır və tərəflərlə razılaşdırılır. Onlar bütün iştirakçıların təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi müşayiətin köməkliyi ilə keçirilir", - deyə bəyanatda bildirilir.

"Şəxsi nümayəndə tərəflər arasında etimadın artırılmasının digər yollarını daim öyrənir", - deyə ATƏT Sədrliyinin bəyanatında qeyd olunur.

Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrininşəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 7-də Ermənistan və Azərbaycanın dövlət sərhədində, Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR