ATƏT sədri oğurlanan müşahidəçilərə azadlıq tələb elədi
ATƏT-in hazırkı sədri, İsveçrənin xarici işlər naziri Didye Burkxalter Donetsk yaxınlığında saxlanılan təşkilat müşahidəçilərini dərhal və ön şərtlərsiz buraxılmasını tələb edib.
musavat.com-un məlumatına görə, təşkilatın mətbuat xidmətinin yaydığı bəyanatda o, həmçinin ATƏT-in Ukraynadakı xüsusi müşahidə missiyası əməkdaşlarının təhlükəsizliyini təmin eləməyə çağırıb.
Burkxalterin sözlərinə görə, beynəlxalq müşahidəçilərin saxlanılması “qəbuledilməzdir və mandatın bütün 57 üzv ölkə tərəfindən razılaşdırılmış missiyanın işini pozur”.
Musavat.com






