İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT SEÇKİ HAZIRLIĞINA GÖRƏ HAKİMİYYƏTİ TƏNQİD ETDİ

1627 29.07.2010 09:26 Gündəm A A
Gözlənilir ki, ATƏT/DTİHB kampaniya və seçki hazırlıqlarını izləmək üçün 30 uzunmüddətli müşahidəçinin və seçki günü proseduralarını, o cümlədən səsverməni, səslərin sayılması və nəticələrin protokollarının doldurulmasını izləmək üçün 450 qısamüddətli müşahidəçini Azərbaycana ezam edəcək.
Xatırladaq ki, parlament seçkilərini müşahidə etmək Azərbaycanın ATƏT-dəki Daimi Missiyasının dəvəti əsasında ATƏT/DTİHB 21-24 iyun tarixlərində Azərbaycanda Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) həyata keçirilib. Seçki Departamentinin Rəhbəri Nikolas Kajorovski və Baş Seçki Mütəxəssisi Conatan Stounstritdən ibarət missiya Bakıda hökumət orqanları, seçki administrasiyası, siyasi partiyalar, media, vətəndaş cəmiyyəti və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib.
DTİHB-nin Ehtiyacların Qiymətləndirilməsi Missiyasının iyulda dərc olunmuş hesabatında seçkiləri Müşahidə Missiyasının (SMM) tətbiqini tövsiyə olunur.
Hesabatda deyilir ki, seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, seçkilərin demokratik mühitinin yaxşılaşdırılmasında müəyyən çətinliklər var. Xüsusilə Bakının mərkəzində siyasi partiyaların müntəzəm olaraq toplaşmaq müraciətləri rədd edildiyindən, toplaşma azadlığı faktiki olaraq məhduddur. Azərbaycanda media azadlığı sahəsində müəyyən məhdudiyyətlərin olması demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır: “2010-cu ilin iyun ayında Seçki Məcəlləsində mühüm düzəlişlər edilib. Düzəlişlərə əsasən, namizədlər üçün dövlət tərəfindən maliyyələşdirmə ləğv olunub, 2008-ci ilin iyun ayında aparılan düzəlişlərlə yarıya bölünmüş ümumi seçki müddəti kampaniya dövrü də daxil olmaqla, daha da qısaldılıb. Belə ki, 2005-ci il parlament seçkilərindən etibarən seçki kampaniyası üçün əlverişli olan vaxt müddəti 60 gündən 23 günə salınıb. Rəsmi kampaniya dövrü yığıncaqlar və toplantılar keçirmək və kütləvi informasiya vasitələrində çıxış etmək imkanı nöqteyi-nəzərindən namizədlərə və partiyalara xüsusi hüquqlar verir. Seçkilər arasındakı müddətdə mülki və siyasi hüquqların icrası ilə bağlı mövcud maneələri nəzərə alaraq, Seçki Məcəlləsindəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini seçicilərə çatdırmaq imkanını müəyyən qədər məhdudlaşdırır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR