"Ermənistan XİN-in Rusiya Federasiyasının Xarici İşlər naziri S.Lavrovun Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair bəyanatına isterik reaksiyası Ermənistanın sülh danışıqlarını sabotaj etdiyinin və bu istiqamətdə beynəlxalq səyləri heçə endirməyə cəhd göstərdiyinin növbəti sübutudur".
Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev tvitter hesabında bildirib.
Nəzərə çatdıraq ki, bu məsələ artıq iki gündür gündəndədir və ciddi müzakirələrə səbəb olub.
Musavat.com
![]()






