İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT missiyasının ikinci aralıq hesabatında YAP tənqid olundu

2143 04.10.2013 09:19 Gündəm A A
Seçkilərin texniki hazırlığına toxunan hesabat müəllifləri qeyd edirlər ki, MSK qanunla müəyyən edilmiş müddətə əməl edir.
Seçkilərdə 10 namizədin iştirakını qeyd edən hesabat müəllifləri diqqəti digər 4 namizədin qeydiyyatından imtina edilməsinə yönəldib. Sonuncular onların xeyrinə imzaların saxtalaşdırılması ilə bağlı “ehtimallara” görə onların qeydiyyatından imtina olunmasını əsassız hesab edirlər: “Qeydə alınmış namizədlərin hər birinə İctimai Televiziyada pulsuz təşviqatın aparılması üçün həftədə üç dəfə 6 dəqiqə vaxt ayrılıb. Lakin iki namizəd çıxışların ”dəyirmi masa" formasında aparılmasından narazı qalıb. Qanunvericilikdə məhdudlaşdırıcı hallar və buna əlavə olaraq təşviqatın və əks-təşviqatın aparılmaması ilə bağlı MSK-nın çağırışı media tərəfindən kampaniyanın hərtərəfli işıqlandırılması üçün imkanları azaldıb. Eyni zamanda KİV-in monitorinqi göstərir ki, digər siyasi oyunçularla müqayisədə prezident İlham Əliyevin fəaliyyəti xəbər proqramlarında daha çox işıqlandırılır. Prezidentin şəxsən kampaniya aparmamasına baxmayaraq, o, regionlara səfərlərini davam etdirir. Müşahidə missiyası namizədlərin dəstəklənməsi ilə bağlı 21 təşviqat tədbirinin monitorinqini keçirib. Onlardan 17-si Azərbaycanın hazırkı prezidentinin xeyrinə olub. YAP-ın seçkiqabağı mitinqlərində məcburi iştirakla bağlı 3 hal qeydə alınıb. Belə ki, sentyabrın 20 və 23-də ATƏT müşahidəçiləri Qax və Şamaxı rayonlarında YAP-ın təşviqat tədbirinin iştirakçılarına görüş başa çatmadan öncə tədbiri tərk etməyə icazə verməyib. Mingəçevirdə tələbələr bildiriblər ki, sentyabrın 25-də müəllimlər təşviqat tədbiri başa çatmayınca onların tədbiri tərk etmələrinə imkan verməyiblər".
Aralıq hesabatda digər namizədlərin təşviqatının zəif aparıldığı qeyd edilir: “Bəzi namizədlər regionlarda məmurların görüşlərin keçirilməsi üçün onlara ofis və yer ayrılmasından imtina etməsindən şikayətləniblər. Təşviqat tədbirləri üçün 152 qapalı və açıq yer ayrılıb. Bəzi namizədlər bu yerləri seçicilərlə görüşlər keçirmək üçün məqbul hesab etmirlər. Namizəd Cəmil Həsənlinin 22 sentyabr mitinqindən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və digər iki iştirakçı həbs olunub. Bundan əlavə, DQMŞ-dən prezidentliyə namizədin seçki qərargahının üzvü Oqtay Gülalıyevin 16 yaşlı oğlu hücuma məruz qalıb və bədən xəsarəti alıb”.
Hesabatda həmçinin Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənliyə MSK-nın xəbərdarlıq etməsinə diqqət çəkilir. Əsasən qeyd olunur ki, sentyabrın 19-da teledebatlardan sonra MSK Konstitusiyanın prezidentin şərəf və ləyaqətinin təhqir olunmasını qadağan edən 106-cı maddəsinə istinadən C.Həsənliyə xəbərdarlıq edib. Həmin debatlarda hazırkı prezidentin və onun ailə üzvlərinin xaricdəki əmlakı haqqında fikirlər qızğın müzakirə olunub.
Lakin sənəddə qeyd olunur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə, dövlət postu tutan şəxslərə diffamasiyadan xüsusi müdafiənin verilməsi ifadə azadlığının məhdudlaşdırılması sayılır.
Hesabatda həmçinin qeyd olunur ki, kommersiya şərtləri ilə siyasi reklam üçün ərizələrin qəbul müddətinin başa çatmasına istinadən Cəmil Həsənliyə pullu əsaslarla İctimai Televiziyada efir vaxtının verilməsindən imtina edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR