İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT-in seçki missiyasının rəhbəri prezidentliyə namizəd İqbal Ağazadə ilə görüşdü

297 02.09.2013 16:30 Ölkə A A
Ümid Partiyasının Mətbuat Xidmətindən musavat.com-a verilən məlumata görə, bu gün Ümid partiyasının mərkəzi ofisində  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək prezident seçkilərini izləməyə gələn missiyanın rəhbəri Tan de Zulueta prezidentliyə namizədə İqbal Ağazadə ilə görüşüb. Görüşdə namizədlərin qeydiyyat prosesi, seçki kompaniyası, seçki orqanları və müvafiq dövlət qurumlarının işi, seçki qanunvericiliyi  və onun icrası, media mühiti və seçki ilə əlaqədar şikayətlərin baxılması məsələləri müzakirə olunub.

Qeyd edək ki, Tan de Zuluetanın rəhbərlik etdiyi  missiya öz işinə avqustun 29-da başlayıb. Missiya Bakıda çalışacaq  12 beynəlxalq ekspertdən və ölkənin müxtəlif  rayonlarına bölüşdürüləcək 30 uzunmüddətli müşahidəçidən ibarətdir və prezident seçkilərinin ATƏT qarşısında  götürülən öhdəliklərə və demokratik seçkilər üzrə digər beynəlxalq standartlara , həmçinin yerli qanunvericiliyə uyğunluğunu qiymətləndirəcək.



 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR