ATƏT-in QİYMƏTLƏNDİRMƏ MİSSİYASI İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏDİR
Ermənistan KİV-lərinin xəbərlərinə görə, dünən İrəvanda missiya üzvləri prezident Serj Sərkisyanla görüşüblər. Ermənistan prezidentinin mətbuat xidməti xəbər verir ki, görüşdə Sərkisyan tərəfindən Naxçıvanın Culfa rayonunda guya ermənilərə aid olduğu iddia edilən qədim qəbiristanlığın dağıdılmasını və Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan hissəsində məskunlaşma, mədəni abidələrin durumu kimi məsələlər qaldırılıb.
Həmsədrlər vəd ediblər ki, növbəti bu cür missiya zamanı onlar Culfa rayonunda və Dağlıq Qarabağın Azərbaycanın nəzarətindəki hissəsində monitorinq aparacaqlar. Lakin növbəti belə missiyanın nə zaman olacağı göstərilmir. Bildirilir ki, Sərkisyan missiya üzvlərinin “obyektiv hesabat” hazırlayacağına ümid etdiyini bildirib. İrəvandakı görüşlərdən sonra missiya üzvləri Xankəndinə gəliblər. Orada separatçı rejimin rəhbərliyi ilə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayonda həyata keçiriləcək monitorinqin detalları barədə müzakirələr aparılıb. Fransalı həmsədr Bernar Fasye bildirib ki, missiyanın hərəkət qrafiki bu müzakirələrdə müəyyən olunacaq. Gözlənilir ki, missiya hər gün rayonlardan birində olacaq, monitorinqin oktyabrın 13-də, yaxud 14-də başa çatacağı gözlənilir.