İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT-in GÜRCÜSTAN MÜHARİBƏSİNDƏN ƏVVƏLDƏN XƏBƏRİ OLUB

1098 10.11.2008 03:01 Dünya A A
Bu arada, ATƏT-ə sədrlik edən Finlandiyanın xarici işlər naziri Aleksandr Stab bəyan edib ki, xəbərdarlıqlar təşkilata üzv olan dövlətlərə ötürülmüşdü və sistem çox yaxşı işləmişdi. Qrist deyib: “ATƏT artıq neçə ildir ki Cənubi Osetiyada işləyir. Bizim missiyanın daxilində orada baş verənlərdən xəbərdar idilər və nə olacağını hiss edirdilər. Mən deyərdim ki, daha yüksək diplomatik səviyyədə vəziyyətin necə inkişaf etdiyinə fikir verilmədiyi göz qabağında idi. Axı aydın idi ki, nə isə olacaq”. Onun sözlərinə görə, ATƏT-ə üzv ölkələrin səfirlərinin brifinqində, o, “gərginliyin kəskin surətdə” artdığını demişdi. Lakin Stab əmin edir ki, informasiya dövlətlərin rəhbərlərinə ötürülmüşdü və bu dövlətlər özləri nəticə çıxarmışdılar: “Mən özüm avqustun 7-nə kimi həyəcanlı məlumatlar alırdım. Amma belə məlumatlar hər iki tərəfdən də gəlirdi”.Stabın sözlərinə görə, ATƏT “yalnız diplomatik vasitələrə malikdir”, amma etiraf edib ki, bu vasitələr istənilən nəticəni verməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR