İnsanlara hürriyət, millətlərə istiqlal!

Atatürkün heç özünün də xəbəri olmadan bütün həyatını dəyişdirdiyi gənc qızın həyat hekayəsi - FOTOLAR

1862 20.10.2019 12:25 Maraqlı A A

Mustafa Kamal Atatürkün həyatı haqqında zaman-zaman maraqlı faktları diqqətinizə çatdırırıq. Bu dəfə sizlərə Atatürkün bir Macarıstanlı gənc qızın həyatına təsirindən danışacağıq.

Qurtuluş savaşı illərində bir türk iş adamı Parisdən İstanbula qayıdarkən Macarıstanlı bir qadınla tanış olub.

Əslən İzmirdən olan iş adamı tanış olduğu qadınla münasibətləri ciddi səviyyəyə çatdırır və onlar evlənirlər. Bu cütlüyün Nərmin adlı bir qızları dünyaya gəlir.

Yazımızın qəhrəmanı da məhz elə Nərmindir.

Nərmin 1921-ci ildə Vyanada dünyaya göz açıb.

Mustafa Kemal Atatürk’ün Macaristan’dan Gelen Küçük Bir Kızın Bile Hayatını Nasıl Değiştirdiğini Anlatan Bu Paylaşımı Mutlaka Okumalısınız!

Nərmin uşaq yaşlarından qəzetlərdə, televizorlarda Atatürkün çıxışlarını izləyir, onun gördüyü bütün işləri təqib edirdi. Ailəsinin maddi durumu qəfil pisləşdikdən sora 14 yaşlı Nərmin Macarıstanda təhsilini davam etdirə bilmədi.

Gənc qız "Atatürkün ölkəsində təhsil pulsuzdur" deyərək Türkiyəyə, ata yurduna getməyə qərar verib. O, anasından xəbərsiz Türkiyə Xairici İşlər Nazirliyinə müraciət edib. Lakin sonradan məsələni öyrənən anası da ona dəstək verib.

Nazirlikdə ona türk pasportu və vəziyyətini izah edən türkcə yazılmış bir məktub verilir. Türkiyə sərhəddinə çatan zaman sərhəd işçiləri türk pasportuna sahib olub, türkcə danışa bilməyən birini gördükdə çox təəccüblənmişdilər. Lakin balaca Nərmin onlara əlindəki məktubu təqdim etdikdən sonra vəziyyət aydın olmuşdu və onun ölkə girişinə icazə verilmişdi.

Nermin Abadan Unat ile ilgili görsel sonucu

O, İstanbulda Atatürkün açdırdığı pulsuz məktəblərdəki təhsildən yararlandı. Nərmin bunun sayəsində türk, alman və ingilis dillərini öyrənməyə müəffəq oldu. İstanbulda Hüquq fakültəsini bitirən Nərmin daha sonra fransız dilini də öyrənib. 

Nərmin artıq bir işə də sahib olmuşdu. O, Siyasi Bilgilər fakültəsində assistent olaraq işləməyə başlamışdı. Qatıldığı beynəlxalq tədbirlərdə Türkiyəni, türk qadınını və Atatürkü müdafiə edən çıxışlar edirdi.

O, sonrakı illərdə Türkiyədə ailə həyatı qurmuş və bir oğlu dünyaya gəlmişdi. O, oğlunun adını da Mustafa Kamal Atatürk qoymuşdu.

İlgili resim

O, dərs dediyi universitetdə tələbələrinə hər zaman bu sözləri deyib: “Mən yurdumu öz iradəmlə seçdim. Bəlkə də Mustafa Kamal Atatürk olmasaydı, mən də olmazdım”.

Onu da bildirək ki, Nermin Abadan Unat Boğaziçi Universiteti və İstanbul Universitetinin Qadın Araşdırma Mərkəzində dərs deyir.

P.S. Bu məlumatlar türkiyəli professor Ahmet Taner Kışlalının “Cumhuriyyət” kitabından əldə olunub.

Turan Oruc,
Musavat.com

Nermin Abadan Unat ile ilgili görsel sonucu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR