İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atatürk" parkında içdiyi çayın qiyməti müştəriyə ŞOK yaşatdı

1401 08.07.2022 15:10 Sosial A A

Bakı parklarında, istirahət məkanlarında qiymətlərin yüksək olması hər kəsi narahat edən bir mövzudur. İnsanların dost-tanışları ilə əyləşib bir stəkan çay içməyi onlara böyük məbləğə başa gəlir. Sosial şəbəkə istifadəçisi olan Etibar Hüseynovun da başına belə bir hadisə gəlib.

Qazet.az xəbər verir ki, müştəri “Facebook” hesabında içdiyi çayın qiymətinin çekini paylaşaraq bu sözləri yazıb.

"Dünən bir dostla "Gənclik"dəki "Atatürk" parkında çay içməli olduq. Sonunda 2 çay və 1 qab ləbləbiyə ( dostum diabet olduğuna görə gətirilən mürəbbəni ləbləbi ilə dəyişməyi xahiş etmişdi) 33 manat pul aldılar. Çek-filan da istəməsən gətirmirlər. Dediyim ondadır ki, bu hal hələ ölkəyə turist axını 0 səviyyəsində olan bir vaxtda baş verir. Gör indi turist bol olarsa nə qiymətlər olar? Ümumiyyətlə ölkənin ticarət sektorunda bir özbaşnalıq hökm sürür. Kim nəyi, neçəyə istəyir satır. Heç bir qorxacaq-çəkinəcək ünvanları da yox. Bax ona görə də yenicə vüsət almış turist axınının axırına çıxdılar qısa zamanda.."

0825c029-832f-4afd-b437-f8b6f9fa3726.jpeg (35 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR