İnsanlara hürriyət, millətlərə istiqlal!

Atatürk parkı yeni görkəmdə sakinlərin ixtiyarında - FOTOREPORTAJ

4058 04.10.2019 17:42 Gündəm A A

Cari ilin may ayından təmirə bağlanan Atatürk parkı oktaybırın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yenidən sakinlərin istifadəsinə verilib.

Ümumi sahəsi 6.5 hektar təşkil edən park, onunla eyni adı daşıyan Atatürk prospekti boyunca uzanır. Prospekt nəqliyyat vasitələrinin ən intensiv hərəkət etdiyi yollardan biridir. Bu baxımdan, parkın yeni görkəmi həm nəqliyyat vasitələrindən istifadə edənlərin, həm də burada dincələr sakinlərin ürəyincədir.

Park Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ən müasir standartlara cavab verəcək şəkildə yenidən qurululub.

Bütün yaş təbəqəsinin istirahəti üçün nəzərdə tutulan parkda şahmat meydançası, xüsusi qaçış zolağı və velosiped üçün yollar qurulub.

Ərazidə uşaqlar üçün bir-birindən fərqli atraksionlar, o cümlədən hamının istifadə edə biləcəyi idman alətləri yerləşdirilib. Həmçinin, sakinlər üçün bir neçə ictimai iaşə obyektləri də fəaliyyət göstərir.

Musavat.com olaraq, sözügedən parkdan çəkilmiş fotoları sizə təqdim edir:

Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR