Atatürk hava limanında partlayış- 36 nəfər həlak oldu!!! ;147 yaralı! - Rəsmi (Fotolar, video)
Türkiyə baş naziri Bibali Yıldırım media qarşısında çıxış edərkən, ölü sayısını 36 olaraq, açıqladı. Baş nazir həmçinin bildirdi ki, Atatürk hava limanında uçuşlar artıq bərpa edilib.
****
İstanbulun Atatürk hava limanında baş verən terror aktı ilə bağlı "son dəqiqə" xəbərləri gəlməkdə davam edir. Türkiyə ədliyyə naziri Bəkir Bozdağ açıqlama verərək terror nəticəsində 31 nəfərin öldüyünü, 147 nəfərin isə yaralandığını bildirib.
***
Atatürk hava limanında baş verən partlayış nəticəsində ölü və yaralı sayı durmadan artır. Musavat.com-un Doğan xəbər agentliyinə istinadən məlumatına görə, ölü sayı 32-ə yüksəlib. Ölənlərdən ikisinin polis olduğu qeyd edilir. 106 nəfərin yaralandığı bildirilir.
Türkiyə təhlükəsizlik qaynaqları partlayışın İŞİD tərəfindən törədildiyini bəyan edib.
***
Türroron baş verdiyi Atatürk hava limanı iyunun 29-u saat 20:00-a qədər qapadılıb.
***
İstanbul Valisi Vasif Şahin olayla bağlı son bilgiləri verib. Onun açıqlamasına görə, 28 nəfər həlak olub. Terroru 3 terrorçu həyata keçirib. Ölü sayının artacağı ehtimal edilir.
****
Anadolu xəbər agentliyinin verdiyi məlumata əsasən, Atatürk hava limanında baş verən terror aktında 6-sı ağır olmaqda 60 nəfər yaralanıb. Yaralılar hadisə yerinə gələn 49 təcili yardım maşını ilə xəstəxanalara aparılıb.
Ədliyyə naziri B. Bozdağ hava limanına gedən metro girişində də partlayışın olduğunu bildirib.
***
Səhiyyə nazirliyindən verilən məlumata görə, 23 təcili tibbi yardım maşını hadisə yerinə göndərilib. Yaralılara ilkin tibbi yardım müayinəsi edilir.
"Atatürk" hava limanından canlı yayım verilməsinə qadağa qoyulub. "NTV" telekanalının məlumatına görə isə üç ayrı yerdə partlayış meydana gəlib.
***
Son məlumata görə, iki "canlı bomba" özünü hava limanında partladıb. Hadisə nəticəsində 10 nəfərin öldüyü bildirlir.
Ölü sayının artacağı istisna edilmir.
Türkiyənin baş naziri Binəli Yıldırım daxili işlər naziri Əfqan Ala və İstanbul valisi Vasip Şahindən hadisə ilə bağlı məlumatlar alıb. B.Yıldırım daxili işlər nazirinə hadisə ilə bağlı təcili iclas keçirməsini təlimat verib.
Son məlumata görə, Atatürk hava limanının giriş və çıxışları bağlanılıb.
Hadisənin şahidi olmuş Ercan Ceyhan həmin anları danışıb. Onun sözlərinə görə, əvvəlcə silah səsləri, daha sonra isə iki partlayış meydana gəlib.
E.Ceyhan onu da bildirib ki, hava limanında olan taksilər yaralıları daşıyır. Hadisə yerində çox sayda təcili tibbi yardım maşınlarının olduğu da verilən məlumatlar arasındadır.
***
Baş verən partlayışdan sonra terrorçunun silahının fotosu sosial şəbəkədə yayılıb.
Terrorçunun silahı
Türkiyədə, İstanbul Atatürk hava limanında partlayış olub.
Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, partlayış hava limanının gediş terminalında meydana gəlib.
Hava limanında silah səslərinin də eşidildiyi bildirilir.
Partlayışda yaralıların olduğu xəbəri yayılıb.
Hadisə şahidləri daha bir partlayışın olduğunu bildiriblər.






