İnsanlara hürriyət, millətlərə istiqlal!

Atatürk hava limanı xaricdən təyyarə qəbulunu bərpa etdi

1377 16.07.2016 21:16 Son xəbər A A
Atatürk hava limanı ölkə xaricindən sərnişin təyyarələri qəbul etməyi bərpa edib.

Bu barədə hazırda İstanbulda olan əməkdaşımız xəbər verib. Onun sözlərinə görə, bu gün axşam saatlarında hava limanına AZAL-ın iri tutumlu, dörd motorlu təyyarəsi enib.

Qeyd edək ki, dünən gecə baş verən hərbi çevriliş cəhdindən sonra Atatürk hava limanı xarici reyslərini təxirə salmışdı. Bu üzdən İstanbula gəlmək və İstanbuldan getmək istəyən minlərlə sərnişin həm İstanbulda, həm də başqa şəhərlərdəki hava limanlarında intizarda qalmışdılar.

Təxminən 22 saat idi ki, Atatürk hava limanına yalnız THY və Türkiyənin özəl hava şirkətlərinin təyyarələri enirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR