İnsanlara hürriyət, millətlərə istiqlal!

“AtaSığorta” ASC-nin təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb

539 20.12.2018 11:39 Son xəbər A A

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb.

Palatadan musavat.com-a verilən məlumata görə, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 106.1.8-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR