Şahzadə Çarlzın qayınatası, Meqan Marklenin toyuna qatılmayan Tomas Markle nəhayət ki, səssizliyini pozub.
Musavat.com xəbər verir ki, onun müsahibəsi bütün dünya mediasında yayılıb. Amma bu hadisə yeni bir qalmaqala səbəb olub.
Daha öncə bir fotomüxbirlə anlaşaraq, şəkillərini çəkdirən “məşhur qayınata” həmin adamdan şəkillərə görə pul almış və bu, etirazlara səbəb olmuşdu. Ata Marklenin dünən verdiyi müsahibədə də buna bənzər bir situasiya yaşandığı ortaya çıxıb.
Toydan sonra ilk dəfə kürəkəni şahzadə Harri ilə olan münasibətləri barədə danışan və toya niyə qatılmadığını açıqlayan adam bu müsahibə üçün 7.500 funt sterlinq pul alıb.

“Günaydın Britanya” verilişinə qatılan ata Şahzadə Çarlz haqqında “Toyda çox yaraşıqlı görünürdü. Qısqandım, kaş ki, mən də orda olsaydım. Amma Allaha şükür, o, orada idi. Ona təşəkkür edirəm” dedi.
Qızının ana ola bilmə ehtimalı ilə bağlı pessimist olan ata Markle cütlükdən yaxın zamanda bir körpə gələcəyi gözləntisi içərisindədir.
Toydan 3 gün öncə Vindsordakı toya qatılmaqdan vaz keçən ata Markle qızını gəlinlik libası içində görəndə hıçqırıqlara boğulduğunu və toya səhhətindəki problemlərə görə qatıla bilmədiyini demişdi.
Sevinc, musavat.com







