İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atamın büstünə görə Emin Hüseynovun qəbulunda olduq, dedilər ki...” – Allahverdi Bağırovun qızı 

3989 30.01.2025 18:23 Ölkə A A

“Yaxın vaxtlarda Ağdamda atamın büstü qoyulacaq. Bununla bağlı dekabrın 24-də xüsusi nümayəndə Emin Hüseynovun qəbulunda olduq. Daha sonra onun köməkçisi bizimlə əlaqə saxladı və bildirdi ki, yaxın zamanlarda büst Ağdama aparılacaq”.

Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun qızı, DSX-nin Tibb xidməti kapitanı Aynur Bağırova deyib.   

“İmarət stadionuna atamın adının veriləcəyini deyirlər. Millət vəkili Aqil Abbas bizə bildirdi ki, belə bir təkliflə çıxış ediblər. Ona görə də büstün o istiqamətdə qoyulmasını arzulayırıq.  Ümumilikdə isə bizim üçün ciddi fərq yoxdur, Ağdamın hər yeri atamı xatırladır, haraya qoysalar, qəbulumuzdur. Yəqin ki, bunu Ağdamın planına uyğun edəcəklər”, -deyə A. Bağırova bildirib. 

Xüsusi nümayəndəlikdən isə Musavat.com-a bildirilib ki, belə bir müraciət olub və hal-hazırda buna baxılır. Qeyd olunub ki, qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək. 

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR