İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atam məni qaçırıb, həyatım təhlükədədir" deyən şahzadə Lətifə indi də bacısı üçün kömək istəyir   FOTO

2014 26.02.2021 14:54 Maraqlı A A


Dubay əmirinin qızı şahzadə Lətifə Əl-Məktum 20 il əvvəl Kembricdə qaçırılan bacısı şahzadə Şəms ilə bağlı işin yenidən araşdırılmasını istəyib.

Musavat.com BBC Türkcə-yə istinadən bildirir ki, BƏƏ əmiri Şeyx Məhəmmədin qızı, şahzadə Lətifə bu barədə BBC-yə məktub göndərərək, bunun atasının əmri ilə qaçırılan bacısı şahzadə Şəmsi xilas edə biləcəyini deyib.

Hazırda 39 yaşında olan şahzadə Şəms Kembricdə qaçırılan zaman 18 yaşında idi və o vaxtdan bəri heç yerdə görünməyib.
Dubay və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BBC-nin bu mövzuda suallarını cavablandırmayıb.

Şahzadə Lətifə öz məktubunda bacısının qaçırıldıqdan sonra Dubaya gətirildiyini və burada təcrid olunduğunu, ona işgəncə verildiyini iddia edib.

Hələ 2001-ci ildə şahzadə Şəms Kembricdən qaçırıldığı zaman istintaq işi açılmışdı. Lakin Kembricdən Dubaya gedən polis qrupunun ölkəyə girişi qadağan olunduğu üçün istintaq işi nəticəsiz qalmışdı.

Polis 2018-ci ildə işi yenidən araşdırmağa başladı. İstintaqa cəlb olunan bir məmur işdə "həssaslıqlar" olduğunu etiraf edib.

Ali Məhkəmənin qərarından sonra başladılan araşdırmanın nəticələri 2020-ci ildə yayımlandı.

Qeyd edək ki, bir müddət bundan əvvəl şahzadə Lətifə 2018-ci ildə qaçmağa cəhd etdikdən sonra ailəsi tərəfindən girov saxlanıldığını bildirmişdi. Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları ofisi Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Dubay əmirinin qızı Şahzadə Lətifənin sağ olduğuna dair sübut istəmişdi. Ailəsi isə şahzadəyə evdə qayğı göstərildiyini, tibb işçiləri və ailəsi tərəfindən dəstəkləndiyini bildirmişdi. Lakin ailədən gələn açıqlama şahzadənin sağ olduğunu təsdiqləyən video və ya fotoşəkillə müşayiət olunmayıb.


Xatırladaq ki, BƏƏ əmiri Şeyx Məhəmmədin keçmiş arvadı şahzadə Hayla 2019-cu ildə oğlu ilə birlikdə Londona qaçıb və hazırda orada yaşayır.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR