İnsanlara hürriyət, millətlərə istiqlal!

Atalığının zorladığı 14 yaşlı Günayın qətlinin əsl səbəbi- TƏFƏRRÜAT - VİDEO

1571 20.02.2023 13:34 Kriminal A A

Bakıda növbəti tükürpədici cinayət hadisəsi Maştağa qəsəbəsində qeydə alınlb. Fevralın 2-nə keçən gecə 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi nikahda olduğu 43 yaşlı həyat yoldaşı Əfsanə Şadatovanı yaşadıqları evdə bıçaqla ağır yaralayıb.

Onun qızı 14 yaşlı Günayı isə Zabrat gölünün kənarına apararaq orada qətlə yetirib.

Əfsanəni Maştağada qan içində qoyan Zaur Günayı icarəyə götürdüyü maşına mindirərək Zabrat gölünün kənarına gətirib. Deyilənlərə görə, Zaur təcavüz etdiyi 14 yaşlı Günayı burada çoxsaylı bıçaq zərbələri ilə öldürərək ərazidən yayınıb.

Atalığı tərəfindən qətlə yetirilən Günay bir neçə il əvvəl dünyasını dəyişən atasının məzarının yanında, Balaxanı qəbiristanlığında dəfn edilib.

Cinayət hadisəsi ilə bağlı "AStar" kanalının hazırladığı xüsusi reportajı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR