İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ata tərəfim Azərbaycan kökənlidir” – Acun Ilıcalı  

3004 16.09.2021 13:46 Şou-biznes A A

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub.

Musavat.com xəbər verir ki, məşhur prodüser söhbət zamanı ata tərəfinin Azərbaycan kökənli olduğunu deyib. Acun bildirib ki, gənc qalmasının səbəbi də budur:

"Yuxu rejimimə diqqət edirəm. Hətta verilişdə reklam fasiləsində yata bilərəm. Gənclik iksirim yoxdur, ruhum gəncdir. Heç bir estetikim də yoxdur. Ailədən qaynaqlanır. Genetik şansdır. Azərbaycan kökənliyik. Ulu babalarımız Azərbaycandan gəlib, kökümüz oradandır. Məncə, gənc qalmağıma səbəb budur. Dünyanın ən sağlam adamı olmasam da, yaşıma görə pis deyiləm".

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR