İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada yol qəzası olub, biri nəqliyyat işçisi olmaqla üç nəfər xəsarət alıb

737 03.05.2018 20:36 Hadisə A A

Astara rayonunda yol qəzası baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Ələt-Astara magistralının Çayoba kənindən keçən hissəsində "VAZ 2107" markalı avtomobil "Tofaş" markalı avtomaşınla toqquşub. Nəticədə üç nəfər xəsarət alıb. Bunlar 1991-ci il təvəllüdlü Astara rayon sakini Qənbərov Emin Baloğlan oğlu, Biləsuvar rayon sakinləri 1990-cı il təvəllüdlü Orucov Muxtar Yusif oğlu və 1989-cu il təvəllüdlü Abbasov Elmar İmamverdi oğludur. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR