İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada mənzildən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı sakini saxlanıldı

353 09.01.2020 14:50 Son xəbər A A

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Astara şəhər sakini M.Mirzəyeva yanvarın 3-də yaşadığı evdən 15 min manat dəyərində qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhəri Binəqədi rayon sakini,əvvəllər məhkum olunmuş Ruslan Bağıyev olduğu müəyyən edilib. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR