İnsanlara hürriyət, millətlərə istiqlal!

AST Telman müğənnini öldürmək üçün killer tutubmuş- İDDİA

1493 14.11.2017 15:52 Son xəbər A A

Beynəlxalq axtarışa verilmiş Çerkizovsk bazarının sabiq sahibi Telman İsmayılov məşhur estrada müğənnisi Avraam Russonu öldürməyə cəhddə şübhəli bilinir.

Avropa.info xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.

2000-ci illərin əvvəlində müğənni və biznesmeni prodüser münasibətləri birləşdirirdi. Lakin hansısa anda Avraam Russo korporativ tədbirlərdə qazandığı pulu Telman İsmayılovdan gizlətməyə başlayıb. Məhz bundan sonra Russonun aradan götürülməsi qərarı verilib.

Estrada artistinə qarşı sui-qəsd 2006-cı ildə baş tutub. O zaman naməlum bir şəxs Moskva küçələrinin birində ona avtomatdan atəş açmışdı. Onun baldırına, buduna və qarnına üç güllə dəymişdi.

Qeyd edək ki, qiyabi olaraq həbs olunan İsmayılov səkkiz qətlin təşkilində ittiham olunur. Təsdiqlənməmiş məlumatlara görə, onun iri universitetin prorektoru və məmur qadının qətlində əli var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR