İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir

778 09.04.2022 16:10 Dünya A A

Aşqabad şəhərində Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin görüşünə hazırlıq gedir.

“Report” xəbər verir ki, bu barədə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov hökumətin iclasında deyib.

Xatırladaq ki, prezidentlərin üçtərəfli görüşü çoxdan planlaşdırılsa da, obyektiv səbəblərdən təxirə salınıb. Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin zirvə görüşündə bir sıra razılaşmaların imzalanacağı gözlənilir.

Bundan başqa, bu il Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının və “Mərkəzi Asiya – Rusiya” I Parlamentlərarası forumu keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR