Xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi dünən Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul edib.
Məlumata görə, Səməd Seyidovdan başqa Sezar Florina Preda, Pedro Aqramunt və Cordi Şuklu da sanksiyaya məruz qalıblar.
Ukrayna nümayəndə heyətininb üzvü Yuliya Levoçkinanın sözlərinə görə, komitə qayda-qanunları pozan deputatları yeddi hüquqlarının beşindən məhrum edilməsi barədə qərar qəbul edib. Bunların sırasında Nazirlər Komitəsinə müraciət etmək, təyin edilmiş məruzəçi olmaq, seçkiləri müşahidə missiyasının üzvü olmaq, Assambleya prezidenti postuna namizədliyini vermək və ya Assambleya komitəsinin (altkomitəsin) sədri (sədr müavini) olmaq kimi hüquqlar var.
![]()
Komitə cəzalandırılmış deputatların səsvermə hüququnu, eləcə də qətnamələrə təklif vermək və imzalamaq hüququna toxunmayıb.

Musavat.com






