İnsanlara hürriyət, millətlərə istiqlal!

Asmir Beqoviçi 2 dəfə məyus edən hücumçu “Qarabağ”la oyuna gətirilmir

403 17.09.2019 17:02 İdman A A

İspaniyanın “Sevilya” klubunun zədəli futbolçusu Nolitonun durumuna aydınlıq gəlib.

APA-nın məlumatına görə, 23 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la oyununu buraxacaq.

İspaniya yığmasının futbolçusu zədə səbəbindən Bakıya gətirilən heyətdən kənarda qalıb. Baş məşqçi Xulen Lopeteqi Azərbaycan səfəri üçün 24 futbolçunun siyahısını klub rəhbərliyinə təqdim edib və Nolitonun adı bura daxil edilməyib.

La Liqanın liderinin digər zədəli oyunçusu Lukas Okampos isə komanda ilə birlikdə Bakıya gələcək. X.Lopeteqi onun üç gün ərzində də komandayla məşq etməsini istəyib.

“Sevilya” bu günün ikinci yarısında İspaniyanı tərk edərək səfərə çıxacaq. “Qarabağ”ın rəqibini 6 saatlıq uçuş gözləyir.

Qeyd edək ki, Nolito üçün “Qarabağ”ın yeni qapıçısı Asmir Beqoviç tanış simadır. O, İspaniya yığmasında ilk 2 qolunu 2016-cı mayın 29-da Bosniya və Herseqovina ilə yoxlama oyununda (3:1) məhz bu qolkiperin qoruduğu qapıdan keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR