ASLAN İSMAYILOVUN ZİYALILAR FORUMUNDAN GETMƏSİNİN SƏBƏBİ BİLİNDİ
Bunun ardınca A.İsmayılova belə bir sual verilib: “İnformasiyaya görə, siz forumdan çıxanda Rüstəm İbrahimbəyov mövqeynizlə razılaşmayıb və sair..” Vəkilin buna cavabı belə olub: “Yox, elə şey olmayıb. Mənim birinci gündən etirazım Eldar Namazova olub. Mən istəməmişəm ki, o, forumda aparıcı fiqura çevrilsin. Bitdi, bundan başqa bir söz deməyəcəm”.
A.İsmayılovun dediklərinə Eldar Namazovun münasibətini öyrənməyə çalışdıq. Politoloq dedi ki, A.İsmayılovun Ziyalılar Forumundan getdikdən sonra verdiyi açıqlamalarda razılaşdığı və razılaşmadığı məqamlar var: “Razılaşdığım məqam odur ki, Ziyalılar Forumu doğrudan da cəmiyyət üçün müsbət işlər görür, ona görə də bunun ətrafında hər hansı söz-söhbət yaranmasını istəmir. Bu fikirlə tam razıyam. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, Ziyalılar Forumu açıq, ziyalıların müzakirə aparması, ölkədəki vəziyyəti dəyərləndirmək üçün yaradılmış tribunadır. Bura gəlib iştirak edən hər bir iştirakçıya minnətdarıq, gələ bilməyənlərə də cansağlığı arzulayırıq. Razılaşmadığım məqam isə mənim burada birinci fiqura çevrilmək istəməyim haqda deyiləndir. İqtidar mətbuatında bu haqda yazılar dərc olunanda da buna münasibətimi açıqlamışam. Ziyalılar Forumu Azərbaycanın ən görkəmli elm adamlarını, ictimai xadimləri özündə birləşdirən qurumdur, kiminsə təşkilatı deyil. Burada toplaşan ziyalılar - Cəmil Həsənli, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev və digər şəxslər bizim ağsaqqallarımızdır. Biz sadəcə bu forumda Rüstəm müəllimi sədr seçib onun ətrafında toplaşmışıq. Bu tipli söhbətləri mən heç yaxın buraxmaq istəmirəm”.