Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən aşıq Azər bu gün İstanbulda yerləşən özəl xəstəxanaların birində əməliyyat olunub.
Musavat.com saytına aşığın səhhəti ilə bağlı açıqlama verən şair Ehtiram İlham əməliyyatın uğurla keçdiyini bildirib: “Əməliyyat aşığın sol ayağında aparılıb. Bilirsiniz ki, ayağında fil xəstəliyi var. Azər əməliyyatdan artıq çıxıb. Hər şey uğurla başa çatıb. Məşhur ozan Maksut Koca Fəryadi və Azərin əmisi oğlu əməliyyat zamanı orada olub. Biz də tez-tez əlaqə saxlayırdıq. Əməliyyatdan çıxan həkim Azərin səhhətinin yaxşı olduğunu deyib. Bir aya Azərin probleminin həll olunacağına inandığını ifadə edib. Azər sağalmaq üçün iki ay orada qalacaq. Bu müddətdə Azərə maddi dəstək lazımdır. Bir daha imkanlı şəxslərə müraciət edirəm ki, istedadlı aşığın yaşamasına yardım etsinlər, öz köməklərini əsirgəməsinlər”.

Qeyd edək ki, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3 ildir hepatit xəstəliyindən əziyyət çəkir. Onun ayağında şiş – fil xəstəliyi var. Eyni zamanda aşığın qaraciyəri dəyişdirilməlidir.
Aşıq Azər üçün hesab nömrəsi açılıb. Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik:
IBAN Numaram:
TR960004601409001000008657
Hesab Numaram: 1409-0008657
Swift kod: AKBKTRIS
Soyad Ad: Yusifli Inci
Bank: Akbank
Könül İbrahim
Musavat.com






