İnsanlara hürriyət, millətlərə istiqlal!

Asim Mollazadə Dəmirəlin ölümü ilə bağlı başsağlığı verib

382 17.06.2015 21:23 Siyasət A A

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkuna başsağlığı göndərib. Başsağlığında deyilir: “Hörmətli cənab səfir! Türkiyənin 9-cu prezidenti, hörmətli Süleyman Dəmirəlin vəfatı xəbəri bizi dərindən kədərləndirib.  Bu münasibətlə Sizə dərin hüznlə başsağlığı veririk. Sizdən başsağlığı diləklərimizi Dəmirəlin ailəsinə, onun yaxınlarına və qardaş Türkiyə xalqına çatdırmanızı rica edirik!”

A.Mollazadə həmçinin qeyd edib ki, S.Dəmirəl Türk dünyasından çıxmış böyük siyasətçi, nəhəng ictimai-siyasi  xadim olmaqla yanaşı, həm də Azərbaycanın yaxın dostu idi. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və inkişafında onun da payı var.  Mərhumun əziz xatirəsi daim yaddaşımızda qalacaq!

 
Vüqar MURAD

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR