AŞ PA-nın MÜŞAHİDƏ MİSSİYASINA POL VİLLİ RƏHBƏRLİK EDƏCƏK
Oktyabrın 19-da AŞ PA-nın uzunmüddətli missiyası Bakıya gələcək, bir neçə görüş keçirəndən sonra seçkiqabağı vəziyyəti təhlil edəcək. S.Seyidov bildirib ki, birbaşa seçkiləri izləyəcək müşahidəçilər isə seçki günü ərəfəsində - noyabrın 5-6-da Azərbaycana gələcəklər.
AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt de Moranın müşahidə missiyasına daxil olub-olmadıqları barədə sualı cavablandıran S. Seyidov bildirib ki, qurumun keçən həftə Strasburqda keçirilən sessiyası çərçivəsində müşahidə missiyasının yaradılması məsələsinə baxılıb: “Ümumi şəkildə siyahı təsdiq olunub. Lakin təcrübə göstərir ki, seçkilərə kimi müəyyən dəyişikliklər baş verir, kimsə gələ bilmir, kimsə öz əvəzinə başqasını göndərir. Ona görə də indi yalnız missiya rəhbərinin kim olacağını dəqiq demək olar, missiyanın üzvləri haqqında konkret fikir söyləmək isə hələ tezdir”.
S.Seyidov seçkiləri izləyəcək AŞ PA nümayəndələrinin 20-25 nəfər olacaqlarını vurğulayıb.
Qeyd edək ki, P.Villi 2009-cu il martın 18-də Azərbaycanda keçirilən konstitusiya referendumunda da AŞ PA müşahidə missiyasına rəhbərlik edib.