AŞ PA MONİTORİNQ KOMİTƏSİNDƏ AZƏRBAYCANDAKI VƏZİYYƏT MÜZAKİRƏ OLUNACAQ
S.Seyidov deyib ki, iclasda Azərbaycan üzrə həmməruzəçi Andres Herkel və Cozef Debono Qrex Azərbaycanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi barədə məruzəni təqdim edəcəklər. S.Seyidovun sözlərinə görə, həmin gün Parisdə AŞ PA-da Dağlıq Qarabağ problemi ilə bağlı yaradılan Alt Komitənin fəaliyyəti ilə də bağlı müzakirələr aparılacaq: “Alt Komitənin rəhbəri dünyasını dəyişəndən sonra qurum fəaliyyətini dayandırıb. Nümayəndə heyətinin rəhbəri bildirib ki, Alt Komitəyə yeni rəhbərin təyin olunması və komitənin aktiv fəaliyyət göstərməsi barədə müzakirələr olacaq. Mən dəfələrlə demişəm ki, biz Avropa Şurasında Dağlıq Qarabağ problemi ilə bağlı daimi müzakirələr aparılmasında maraqlıyıq. Avropa Şurası bu problem həll olunanadək bunu öz diqqətində saxlamalıdır. Mən əminəm ki, hu yöndə işlər aparılacaq”.
S.Seyidov Alt Komitənin rəhbəri vəzifəsinə namizədlərin adını açıqlamayıb.
S.Seyidov Alt Komitənin rəhbəri vəzifəsinə namizədlərin adını açıqlamayıb.






