İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-da HÖKUMƏTƏ KİM LOBBİÇİLİK EDİB?

1812 04.02.2011 07:27 Gündəm A A

İnsan Haqları Evinin rəhbəri Vüqar Qocayevin dediyinə görə, siyasi məhbuslar üzrə məruzəçi Ştrasser, insan haqları komissarı Tomas Hammerberqin ofisi, “Aqo” qrupu, İşgəncələrə Qarşı Komitə ilə müzakirələr aparılıb. Seçkilərlə bağlı işləyən İntiqam Əliyevlə Anar Məmmədli isə Venesiya Komissiyasında görüşlər keçiriblər.
Hüquq müdafiəçiləri bildiriblər ki, AŞ PA-da müzakirələr aparılarkən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, deputat Fəzail İbrahimli müxalifət adından çıxış edərək seçkilərin ədalətli keçirildiyini bildirib. “Bizim Yol” qəzetinin yazdığına görə, hüquq müdafiəçiləri Çingiz Qənizadənin qrupunun AŞ PA-da hökumətə lobbiçilik etdiyini deyiblər. Belə ki, bir qrup hüquq müdafiəçisi - Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı və Çingiz Qənizadə sessiyada iştirak ediblər, ancaq mətbuat konfransı keçirən həmkarları ilə yaxın təmaslar qurmağa maraq göstərməyiblər. Hətta hüquq müdafiəçilərindən biri AŞ-nin dəhlizində Səməd Seyidovla masa arxasında əyləşib çay içə-içə gördükləri işlə bağlı ona hesabat verirmiş.
Səidə QocamanlıLakin hüquq müdafiəçisi Səidə Qocamanlı fərqli mövqedədir: “Sözügedən mətbuat konfransında təhqiramiz ifadələr işlədiblər. Çingiz Qənizadənin qrupu nə deməkdir. Biz hər birimiz ayrı-ayrılıqda hüquq müdafiəçiləriyik və hər birimizin də nüfuzlu təşkilatımız var. 4 ildir ki, AŞ PA-da ekspert qismində iştirak edirik. Səməd müəllimlə bir masa arxasında ünsiyyət qurmaq yasaq deyil. Burda nə qəbahət iş var ki, ilk dəfə AŞ PA-nın sessiyasına gedən hər kimdisə bizə bunu nöqsan tutur? Mən öz iradlarımı Vüqar Qocayevə bildirdim. Vüqar bəy bildirdi ki, mətbuat konfransı zamanı belə ifadələr işlətməyib. Mən o şəxslə sizin qəzetinizin səhifələrində debat aparmağa hazıram. Amma bu cür yalan ifadələr işlətmək ayıbdır. Bu tərbiyəsizlikdir və hamısı paxıllıqdan irəli gəlir”.
Çingiz QənizadəDeputat Çingiz Qənizadə isə o qənaətdədir ki, bəzi QHT rəhbərləri ona qısqanc münasibət bəslədiyi üçün belə fikirlər səsləndiriblər: “Mən parlamentə seçildikdən sonra bəzi QHT-lər bunu qısqanclıqla qarşılayıb. Yazılıb ki, hüquq müdafiəçilərindən kimsə Səməd Seyidovla foyedə əyləşib çay içə-içə ona hesabat verirmiş. Əslində orada foyedə çay verilmir. Səməd müəllimlə bir stol arxasında oturmaq böyük şərəfdir. O da xalqın övladıdır. Orada Səməd müəllimlə hamımız oturmuş, müəyyən məsələləri müzakirə etmişik. Azərbaycan cəmiyyəti çox yaxşı bilir ki, kim insan haqları ilə məşğul olur, kim yetim-yesirə kömək edir. Bildirilir ki, guya ki, biz Səməd müəllimə hesabat verirmişik. Bu qulaqları lokator olan adam kimdirsə çıxıb ortaya desin ki, bu sözləri eşitmişəm”.
Ç.Qənizadə orda onlarla əl verib görüşən adamların sonradan gəlib mətbuata belə ifadələr ötürməsini tərbiyəsizlik hesab etdiyini dedi: “Azərbaycan xalqı bizi çox gözəl tanıyır. Hüquq müdafiəçiləri müstəqil olmalıdırlar. Bəzi adamlar hesab edir ki, hüquq müdafiəçiləri mütləq müxalifətin fikirlərini dəstəkləməlidir. Elə insanlar var ki, hakim partiyaya yaxın olan adamlardı və hüquqları pozulub. İndi biz onları müdafiə etməməliyik? Bu gün mən bəli, hakimiyyətəm. Çünki hakimiyyətin 3 qolundan birində təmsil olunuram. Amma mənimlə olan xanımlar tam müstəqildirlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR