ARZULAR HARA APARIR
“Bəlkə siz ”Fransadakı misafirimiz"i axtarırsınız?" Mən öz-özümə güldüm, internet axtarış sisteminin müdrikliyinə heyran olsam da. Bir dəfə də belə durumla üzləşmişdim, Azərbaycan Yazıçılar Birliyinin sədri Anara aid anar.az saytı qarşıma çıxmışdı, ancaq üstündə xəbərdarlıqla: “Bu sayt sizin kompüterinizə zərər vura bilər”. Onda düşünmüşdüm ki, bəzi adamların hətta saytı da camaata zərər vurur.
İndi də internet axtarış sisteminin Fransadakı səfirimizi “misafir”, yəni qonaq sayması təəccüblü deyil. Azərbaycan səfirliyi orada elə qonaq kimi bir şeydir, demək olar heç bir ciddi işlə məşğul deyil. Nəticə də ortadadır. Bir azdan yazacağam nəticəni, darıxmayın.
Qeyd edim ki, başqa yolla mən səfirimizin kimliyini öyrəndim. Parisdə ölkəmizi uzun müddət Eleonora Hüseynova adlı qadın təmsil edib. Məhz təmsil edib - Krılovun təmsilindən yəni. Sonra bu qadını çıxardıb elə Parisdə YUNESKO-da Azərbaycan nümayəndəliyinin başçısı qoyublar, görünür xanım Hüseynova Fransanı atıb yetim vətənə qayıtmaq istəməyib. “Nə var e burda” - “Papaq” filminin antiqəhrəmanlarından biri demişkən. Eleonora Hüseynovadan sonra səfirimiz, daha doğrusu, YAP-ın səfiri Tarik Əliyev adlı yoldaş olubdur.
Bütün bu səfirlərin, ümumiyyətlə Azərbaycandakı rejimin Fransada fəaliyyəti, siyasəti nədən ibarət olub? Ancaq aşıq konsertləri keçirtməkdən, bir də rejim banisini, cürbəcür qohum-əqrəbanı Fransada təbliğ etməkdən. Arada hətta neft pulları ciblərini deşəndə Versal sarayının da təmirinə maya qoymuşdular.
“Evronyus” kanalı bugünlərdə Dağlıq Qarabağ haqda tamamilə yanlış bir süjet hazırlayıb, oradakı separatçı rejimi müstəqil dövlət kimi təqdim edib. Elmar Məmmədyarovun XİN-i də bundan qəzəblənib, “Evronyus”un həmin əməkdaşlarını arzuedilməz şəxs elan edib. Onlar Azərbaycana gəlmək istəsələr sərhədimizdən buraxılmayacaqlar - məna budur. XİN-in bu mövzuda bəyanatında bir cümlə gördüm, Məmmədyarova gülməyim gəldi. Deyir ki, kanal bizim fikrimizi öyrənməyib, bu isə jurnalistika prinsiplərinə ziddir. Jurnalist Eynulla Fətullayevdən donos yazıb qazamata salan adam deyir bunu. Yoldaş Məmmədyarov, öncə işinizi yarıdın, sonra jurnalistlərə qəmiş qoyun. Siz nə bilirsiniz jurnalistika nədir?
Başqa yöndən, məncə, “Evronyus”un müxbirləri sizin fikirlərinizi öyrənməyə qorxublar. Axı yuxarıda yazdığım kimi, siz jurnalistləri şərləyib tutdurmaqda alət olmusunuz. Birdən fikir öyrəndiyi yerdə “Evronyus”un müxbirini də şərləyərdiniz? (Hərçənd indi də gec deyil, görün neyləyirsiniz).
Bizim ölkədə təqib olunan jurnalist Aqil Xəlil bu saat Fransada yaşayır, “Sərhədsiz jurnalistlər” qurumunun sığınacağında. Bəyəm fransızlar bunu görmür? Sizin kimi hökumətin nəyinə və harasına - Məşədi İbad demişkən - hörmət qoyub münasibət öyrənsinlər? Sən öz vətəndaşını, canlı insanı qorumursansa, əksinə, incidirsənsə, səndən quru torpaq haqda kim soruşar?
Məsələ ondadır ki, elə həmin “Evronyus” kanalının mərkəzi ofisi Fransanın Lion şəhərindədir və indi XİN Parisdəki səfirimizə məsələ ilə məşğul olmağı tapşırıb. Mən buna görə səfirin kimliyini axtarmışdım.
Yoldaşlar, Fransada erməni lobbisinin güclü olduğunu biz də bilirik. Ancaq sizin lobbiniz, lobbi cəhənnəm, lap elə özünüz harda güclüsünüz? Öz xalqını əzməkdən, rüşvətxorluq və yaltaqlıqdan başqa nəyə yarayırsınız axı siz?
Yenə yazıram: mən səfir Tarik Əliyevi tanımıram. Bəlkə də o, səfir kimi gözəl diplomat keyfiyyətlərinə malikdir. Ancaq ona öz işi ilə, Azərbaycan gerçəklərini Fransada təbliğ etməyə imkan vermirsiniz. YAP-ın Fransa siyasəti ancaq və ancaq rejimin təbliğinə həsr olunub.
Bundan qabaq Türkiyənin NTV kanalını “arzu edilməz” siyahısına saldılar - onlar da Qarabağa Məmmədyarovun icazəsi olmadan getmişdi. (Guya ora qarğalar da Məmmədyarovun izni ilə uçur). Sonra Türkiyənin “Axşam” qəzeti az qala zibilə düşmüşdü. İndi də “Evronyus”. Bu minvalla qapınıza bir jurnalist də gəlməyəcək.
Yoldaşlar, sizin arzunuz nədir axı? Bəlkə bir güzgüyə də baxasınız hərdən? Görün nəyə oxşayırsınız və sizi kim arzulayır...