Arvadını və qayınanasını öldürdükdən sonra meyitlərini yandıran şəxs hakim qarşısına çıxarılıb. Ona ağır maddələrlə ittihamlar irəli sürülüb.
Musavat.com xəbər verir ki, iki nəfəri qətlə yetirməkdə suçlanan 1971-ci il təvəllüdlü Hüseynov Vaqif İsmayıl oğlu Binəqədi Rayon Məhkəməsində hakim önünə çıxarılıb.
Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında istintaq orqanının təqdimatına əsasən Vaqif Hüseynov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay daha uzadılıb.
V.Hüseynova qarşı irəli sürülmüş ittiham da məlum olub.
Ona qarşı Cianyət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla V.Hüseynovu ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Qeyd edək ki, dəhşətli qətl hadisəsi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində baş verib.
Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşını - 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra Vaqif Hüseynov 85 yaşlı bibisini-qayınanasını bıçaqlayıb. V.Hüseynov hər iki meyidin üzərinə neft tökərək onları yandırıb. Özünü isə hadisə yerindən qaçarkən Azaqdlıq prospektində avtobus vurub. Vaqif Hüseynov 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Mərhumun yaxınları deyir ki, Vaqif Hüseynov mərhum Təranə İsmayılova ilə bir ildən az müddətdə evli olublar. Spirtli içki aludəçisi olan V.Hüseynov Təranə ilə tez-tez mübahisə edirmiş. Hadisədən bir müddət əvvəl isə ayı yaşayırmışlar.
İ.Muradov
Musavat.com






