İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını, uşaqlarını və qayınanasını qumbara ilə öldürmək istəyən şəxsə hökm oxundu

880 25.12.2023 17:24 Kriminal A A

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com-un məlumatına görə, hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.

Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizlənib. Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.

İ.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

 

Samir Əli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR