İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadına bizlə xəsarət yetirən 26 yaşlı şəxsə 4 il iş kəsildi

576 07.03.2017 11:34 Kriminal A A

Arvadını bizlə vuran şəxsə hökm oxunub. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bizlə vuran 1991-ci il təvəllüdlü Valeh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasəm V.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il Xətai rayonunda baş verib. 1991-ci il təvəllüdlü Valeh Məmmədov ailə münaqişəsi zəminində arvadı, 1990-cı il təvəllüdlü Qızbəs Məmmədovaya kürək, qol və qarın nahiyələrindən bizlə çoxsaylı xəsarətlər yetirib.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR