ARVADI GƏZƏN FUTBOLÇU UTANDIĞINDAN MİLLİDƏN GETDİ
Bir müddət əvvəl Bridgenin keçmiş sevgilisi Vanessa Perronkelin “Çelsi”nin və İngiltərə millisinin kapitanı Con Terri ilə intim münasibətdə olması barədə xəbərlər yayılmışdı. Özü də Perronkelin bu addımı Bridge ilə birlikdə olduğu vaxt atıb. “Mançester Siti”nin oyunçusu vəkili vasitəsi ilə açıqlama verərək bu səbəbdən millidən imtina etdiyini bildirib: “İngiltərə millisindəki mövqeyimi ötən günlərdə baş verən olaylar və yayılan xəbərlərin işığında özüm üçün analiz etdim. Milli komanda üçün oynamaq şərəfdir. Amma indi bu addımı atmağa məcburam. Qərarımı rəhbərliyə bildirdim. Cənubi Afrikada İngiltərəyə uğurlar arzulayıram”.
Qeyd edək ki, Terri ilə Perronkelin arasındakı münasibətlər aşkara çıxandan sonra millinin baş məşqçisi Fabio Kapello “Çelsi”nin oyunçusunu kapitanlıqdan məhrum etmişdi. 29 yaşlı Bridge indiyədək 36 dəfə milli formanı geyinib və 1 qola imza atıb.