İnsanlara hürriyət, millətlərə istiqlal!

Arutyunyan Soçi görüşü barədə: “Putinin sözlərindən belə nəticəyə gəlmək olar ki...”

2167 01.11.2022 16:22 Region A A

“Soçi görüşünü sülh prosesi üçün sıçrayış və ya taleyüklü adlandırmaq olmaz”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri, ölkə parlamentinin eks-spikeri Xosrov Arutyunyan danışıb.

Onun sözlərinə görə, bəyanatda yeganə diqqətçəkən məqam Rusiya sülhməramlıları ilə bağlı abzas olub, lakin burada belə Qarabağın adı çəkilməyib.

Arutyunyan sənəddə Rusiya kontingentinin bölgədəki mövcudluğunun “sülh və sabitliyin təminatı” olması cümləsinə diqqət çəkib. Onun fikrincə, bu, Rusiyanın Azərbaycandan əldə edə bildiyi yeganə kompromisdir.

Müxalifətçi siyasətçinin sözlərinə görə, görüşdə Rusiya, Ermənistan və Azərbaycan ilk dəfə bağlı qapılar arxasında bir-biri ilə açıq danışıb. “Bəyanatın mətnindən və Putinin sözlərindən belə nəticəyə gəlmək olar ki, çox şey razılaşdırılmayıb. Söhbət təkcə dəhlizdən deyil, həm də Qarabağdan gedir”, - deyə Arutyunyan izah edib.

“Danışıqlar prosesinin pozulmaması üçün tərəflər konkret açıqlamalar verməkdən çəkindilər. Ona görə də yekun mətn kifayət qədər qeyri-müəyyən olub və heç nə ifadə etməyib”, - Xosrov Arutyunyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR