İnsanlara hürriyət, millətlərə istiqlal!

Arsen Venqer üç oyunluq cəzalandırılıb

547 06.01.2018 00:46 İdman A A

İngiltərənin "Arsenal" futbol klubunun baş məşqçisi Arsen Venqer üç oyunluq diskvalifikasiya edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Venqer "Vest Bromviç"lə oyunda (1:1) hakimlərə qarşı nalayiq hərəkətlərinə görə cəzalandırılıb. O, həmçinin 40 min funt sterlinq məbləğində cərimələnib. 72 yaşlı fransalı mütəxəssis İngiltərə Kubokunda "Nottingem Forest", Liqa Kubokunda "Çelsi" və ölkə çempionatında "Bornmut"a qarşı keçiriləcək matçları buraxacaq. Eyni zamanda o, stadionda olmaq hüququna malikdir.

"Arsenal" İngiltərə çempionatında 39 xalla 6-cı yerdə qərarlaşıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR