İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Aşotyan: “Ermənistanın KTMT-dəki macəraları Paşinyanın bərbad davranışlarından sonra başlayıb”

682 23.11.2018 00:55 Dünya A A

Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan son günlərdə baş nazir Nikol Paşinyanın KTMT ilə bağlı siyasətini sərt şəkildə tənqid edib.

Aşotyan olub bitənləri Paşinyanın çıxardığı oyun-məzhəkə adlandırıb.

“Gəlin bu “kino”nun nə vaxt başladığını xatırlayaq. “Emrənistanın KTMT-dəki macəraları” serialı Nikol Paşinyanın daxili siyasi maraqları çərçivəsində, Yuri Xaçaturovun geri çağırılması ilə bağlı olaraq müttəfiqlərinə qarşı hörmətsiz və tərbiyəsiz davranışlarından sonra başlayıb. Bütün bunlar elə-belə göydən enməyib”,- deyə Armen Aşotyan jurnalistlərlə söhbətində bildirib.

Onu sözlərinə görə, Ermənistan öncə Yuri Xaçaturovu geri çağırmalı, sonra cinayət işi qaldırmalı idi.


“Lakin onlar daxili siyasi maraqlarına görə belə etmədilər, indi isə bunun nəticələrini bütün millət ödəyir. Buna görə Paşinyan indi özünü ispan “maço”su və ya erməni diplomatiyasının “Den Bilzeriyan”ı (məşhur emrəni qumarbazı) kimi aparır. İndi isə o, baş katib postunun Ermənistan üçün ikinci dərəcəli olduğunu deyir. Yəni indidən dekabrın 6-da Ermənistanın geri çəkiləcəyini bununla ört-basdır etməyə çalışır”,- deyə Armen Aşotyan qeyd edib.

Aşotyan əvvəlki iqtidarın bu cür məzhəkələr çıxarmadığını deyir: “Bu gün iqtidar prioritetlərini nəticəyə deyil, şou göstərməyə yönəldib”

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR