İnsanlara hürriyət, millətlərə istiqlal!

Arman Abovyan: “Bakı intensiv şəkildə Ermənistana qarşı müharibəyə hazırlaşır, Paşinyan isə...”  

1853 11.12.2023 12:51 Region A A

 

“Ermənistan cəmiyyəti indiki hakimiyyətin ölkəni və uşaqlarımızın gələcəyini satdığını qəbul etmir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi, revanşist Arman Abovyan öz Telegram kanalında yazıb.

“Azərbaycan bütün dünyadan silah alır, bizi məhv etməklə hədələyir, Ermənistan sərhədinin bütün perimetri boyunca strateji yüksəklikləri ələ keçirir, Ermənistanın işğalı üçün siyasi əsas yaradır.

Bəs indiki Ermənistan hakimiyyəti nə edir?

Gündəlik rejimdə üzündəki xoşbəxt ifadədən başqa, prinsipcə heç nə...Paşinyan iqtidarının dediyinə görə Qarabağın otuz il ərzində de-yure legitimlik şansı olmayıb. Türklər və azərbaycanlılarla regional birlikdən danışır, bu məntiqsiz axmaqlığı “Sülhün kəsişməsi” adlandırırlar.

Yorulmadan, səbəbli və ya səbəbsiz, hər fürsətdə, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına car çəkir. Və bunu elə pafosla, iztirabla edir ki, hətta türklər və azərbaycanlılar belə təəccüblənir.

Daim insanları (erməniləri-red.) müharibə ilə qorxudur.

Və nəhayət, sevinclə parlayan gözlərlə, Ermənistanın “ölüm hökmünü” imzalamağa hazırlaşır,  bu milli intiharı “sülh müqaviləsi” adlandırır”,-deyə Abovyan qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR