İnsanlara hürriyət, millətlərə istiqlal!

Arif Hacılı Bakıya qayıdıb - FOTO

1880 21.01.2019 16:58 Son xəbər A A

Müsavat Partiyasının başqanı Arif Hacılı Bakıya qayıdıb. Siyasətçi bunu özünün “Facebook ” səhifəsində bəyan edib.

Arif Hacılı ürək-damar sistemində problemlərə görə Türkiyədə müalicə alırdı.

Novator.az bildirir ki, 1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Gənclik illərində Zaqatala radiosunda çalışıb.

1988-ci ildə başlayan xalq azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.

1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavat Partiyasının üzvü olan Arif Hacılı 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.

2014-cü ilin sentyabrında Müsavat Partiyasının başqanı seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR