ARİF ƏSGƏROVLA NAZİRİN BACISI OĞLUNUN KÖMÜR ƏMƏLİYYATI
Lakin gələn məlumatlar deməyə əsas verir ki, dəmir yolunda xidmətin keyfiyyəti nəinki artıb, əksinə, daha da pisləşib. Belə ki, bu günlərdə Tiflis qatarının sərnişini olan daimi oxucularımızdan birinin sözlərinə görə, qatardan istifadə edənlər soyuqdan donmaq məcburiyyətində qalırlar: “Qatar bələdçisinə narazılığımızı bildirəndə dedi ki, gedin Ziya Məmmədova deyin bacısı oğluna tapşırsın bizə qarışıq kömür satmasın. Məsələnin mahiyyəti ilə maraqlandıqda isə məlum oldu ki, qatarları istilik üçün kömürlə təmin etməyi nəqliyyat nazirinin bacısı oğlunun şirkətinə həvalə ediblər. O da gətirdiyi kömürə qatqılar əlavə edib satır Dəmir Yolu İdarəsinə (Dövlət Dəmir Yolu (DDY) ASC-B). Nəticədə kömür yanmır. Üstəlik, həcmi artsın deyə kömürün tərkibinə daş da qatılır”.
Araşdırmalarımız zamanı aydın oldu ki, bu işdə DDY rəhbərliyinin də rolu var. Belə ki, Dəmir Yol İdarəsinin rəisi Arif Əsgərov qatarlardakı şəraitdən dəfələrlə şikayətlər olunmasına, mətbuatda yazılar yazılmasına baxmayaraq, problemin həlli üçün heç bir addım atmayıb. Qatarların sobasında da vəziyyət təhlükəlidir. Belə ki, sobalar uzun müddət təmir olunmadığından vaqonlara dəm qazı buraxır. Həmsöhbətimiz tez-tez qatar sərnişini olduğundan vəziyyətdən ətraflı məlumatlı olduğunu və özünün də bir neçə dəfə ciddi təhlükə ilə üzləşdiyini dedi: “Bələdçi yatır, vəziyyətə nəzarət edə bilmir. Belə olanda sobaya yaxın kupelər daha qorxulu olur”.
Kömürə qatqıların əlavə edilməsinə gəldikdə, bu, sərnişinlərə təkcə istiliklə bağlı problem yaratmır, həm də yarım sutkadan da artıq yolda çaysızlığa, yemək qıtlığına səbəb olur.
Qeyd edək ki, Z.Məmmədovun bacısı oğlu deyə təqdim edilən Davud Əfəndizadənin (onların həqiqətən də bu cür qohum olub-olmadıqları barədə dəqiq bilgimiz yoxdur-B) bəd əməlləri haqda bu, birinci xəbər deyil. Bundan əvvəl də taksi və marşrut sürücüləri onun əlindən dad-aman edirdilər.
Azərbaycan dəmir yolu nəqliyyatının qiymətinə gəldikdə isə son artım qərarından sonra bu istiqamətdə digər ölkələri xeyli qabaqlayırıq. Ekspertlər bildirirlər ki, ərazisi Azərbaycan qədər olan ölkələrdə bizdəki kimi yüksək qiymət tətbiq olunmur. Nə də oxşar ölkələrdə dəmir yolu nəqliyyatında bizdəki qədər keyfiyyətsiz xidmət tətbiq edilmir.